Sumqayıt sakininin idarə etdiyi yük avtomobili aşıb. Bu barədə 23 yanvar tarixində Sumqayıt24 Axeber.az-a istinadən məlumat verir.
Hadisə Xocalı rayonunun Çanaqçı kəndində qeydə alınıb. Sumqayıt şəhər sakini Elnur Fərəcovun idarə etdiyi “İsuzu” markalı yük maşını “Sirab” şirkətinə məxsusdur. Qəzaya səbəb havanın qarlı və yerin buz bağlaması olub. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.