Sumqayıt şəhər sakini paytaxtın Qaradağ rayonunda baş vermiş qəza nəticəsində vəfat edib. Sumqayıt24 bu haqda bu gün, 23 fevral tarixində Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
Məlumata əsasən, hadisə 22 fevral saat 17:00 radələrində Lökbatan qəsəbəsi ərazisində baş verib. Burada G. Mashavanın idarə etdiyi “DAF” markalı yük maşını Nicat Nəsirovun idarə etdiyi “Daewoo” markalı avtomobil ilə toqquşub. N.Nəsirov hadisə yerində dünyasını dəyişib.
Qaradağ RPİ-də araşdırma aparılır.