Sumqayıt sakini avtomobil ilə piyadanı vurub. Bu haqda bu gün, 20 iyun tarixində Report-a istinadən xəbər veririk.
Hadisə 19 iyun saat 22:00 radələrində Xırdalanda baş verib. E. Nəbiyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən H. Babazadəni vurub. Zərərçəkmiş xəstəxanaya aparılan zaman dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.