Sumqayıt sakini yolu keçmək istəyən piyadanı maşınla vurub. Bu barədə 31 avqust tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Hadisə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində baş verib. Sumqayıt şəhər sakini R.Baxışov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən İmişli rayon sakini Əliqulu Mustafayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.