Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlanıb. Bu haqda 24 yanvar tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər veririk.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verən şəxslər saxlanılıblar. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri müsadirə edilib.
Faktla bağlı protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.