Sumqayıtda kişi meyiti tapılıb. Sumqayıt24 bu haqda 27 dekabr tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə şəhərdəki evlərin birində qeydə alınıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Keçirilən baxış zamanı meyitin həmin evdə yaşayan 37 yaşlı Asif Mövsümova aid olduğu müəyyən edilib.