Sumqayıtda sakinlərin narahatlığına səbəb olan tikinti işləri dayandırılıb. Bu haqda Sumqayıt24-ə oxucular xəbər verib.
İşlər 1-ci və 2-ci mikrorayonların arasında yerləşən parkda aparılırdı. Sakinlərin sözlərinə görə, istirahət güşəsində obyektin inşası başlanılmışdı. Həmin ərazi hasarlanmış, asfalt örtüyü artıq qazılmışdır.
Lakin, vətəndaşların çoxsaylı müraciətləri nəticəsində tikinti işləri davam etdirilməyəcək. Hasarlar sökülüb, qazılmış asfalt isə hələ bərpa edilməyib. [modula id="8377"]