top
Sumqayıt sakinləri icra başçısından doğrudan razıdırlar? - Sumqayit24.az problemləri sadalayır
15 iyul 2025, 06:25
- ↺ +

Sumqayıt sakinləri icra başçısından doğrudan razıdırlar? - Sumqayit24.az problemləri sadalayır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Azərbaycanın ən vacib sənaye şəhərlərindən biridir. Böyük şəhərlərin böyük və kiçik problemləri olduğu üçün Sumqayıt da bu sıradan geri qalmır. Xüsusən də şəhərin gözdən-könüldən uzaq məhəllə və yaşayış massivlərində problemlərin sayı bitib-tükənmək bilmir və uzun müddətdir ki, həll edilmir. 

Təbii ki, bu məsələ dövlət qurumlarının, İcra hakimiyyətinin daim diqqətində, maraq dairəsində olmalıdır. Problemlər həll edilməli, sakinlərin haqlı narazılığına diqqət yetirilməlidir. Yerli sakinlərin müntəzəm olaraq İcra başçıları ilə görüşlərinin keçirildiyini, problemləri dilə gətirib həlli istiqamətində tədbirlərin görülməsinə nail olduğunu nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyətinin veb-saytına göz atdıq. Təbii ki, İcra başçısı Zakir Fərəcovun sakinlərlə görüşü barədə müxtəlif məlumatlara, press-relizlərə rast gəldik. Amma maraqlıdır ki, görüşlər zamanı şəhər sakinləri Sumqayıtda həyata keçirilən abadlıq, quruculuq və yenidənqurma işlərindən razılıqlarını ifadə edərək, müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbir iştirakçıları Zakir Fərəcovun şəhərin inkişafı və sakinlərin rifahı üçün gördüyü işləri yüksək qiymətləndirərək, onların problemlərinin həllində göstərdiyi dəstəyə görə təşəkkürlərini çatdırıblar.

O zaman belə bir sual ortaya çıxır: Hər gün Sumqayit24.az redaksiyasına daxil olan şikayətlər, problemlər haradan qaynaqlanır? Bu görüşlərdə hər gün problemlə rastlaşan, əziyyət çəkən, işığı, qazı, suyu kəsilən, ictimai nəqliyyat probleminə görə yollarda qalan, təmirsiz, çala-çuxurlu, işıqlandırılmayan, küçə itlərinin məskəninə çevrilən küçələrdən “Survivor” idmançıları kimi keçən sakinlərin heç biri iştirak edə bilmir? Yoxsa iştirak etməsinə, problem səsləndirməsinə şərait yaradılmır?

Heç cür inanmaq olmur ki, hər gün kommunal problemlərin məngənəsində sıxılan, ətrafı zibilliyə bürünmüş, şüşə zavodunun tullantıları tökülən yaşayış massivinin sakinləri bu görüşlərdə iştirak edib. Çünki iştirak etsələr, yaranan problemi dilə gətirib, məsələnin həllinə nail ola bilərlər. Düşünürük ki, İcra başçısı Zakir Fərəcov belə bir problemin həllinə biganə yanaşmaz, onun həlli üçün yerindəcə göstəriş verər.

Görəsən,  kanalizasiyası tez-tez daşan, ətrafı üfunət bürüyən Xəzri bağları massivinin, yolunda ili çala-çuxurlar olan Kimyaçılar qəsəbəsinin, həftə ilə suyu kəsilən Yeni Məhəllə ərazisinin, aylardır kanalizasiya sularının küçəyə axmasından narazı və narahat qalan 17-ci mikrorayonun, tez-tez antisanitar vəziyyətin yarandığı 13-cü mikrorayonun, zibil konteynerlərinin dolub-daşdığı, tullantıların vaxtında daşınmadığı binaların sakinlərinin heç birinin ağlına İcra başçısının qəbuluna yazılmaq, onunla görüşlərdə iştirak etmək gəlməyib?

Başa düşmək olar ki, 7 nömrəli marşurutun keçdiyi, kondisionersiz avtobusların hərəkət etdiyi, bərbad vəziyyətdə xidmət göstərən 17, 6 və 12A marşrut avtobuslarının hərəkət etdiyi ərazilərlə yanaşı, avtobus problemi yaşayan Qurd dərəsi yaşayış massivinin, Şəfəq qəsəbə sakinlərinin bu görüşlərdə iştirakı elə nəqliyyat probleminə görə alınmır. Belə ictimai nəqliyyat xidməti göstərilən ərazilərin sakinləri çox güman ki, görüşlərə ya gedib çata bilmir yolda qalırlar, ya da ki, gecikirlər. Bu, başadüşüləndir.

Eyni zamanda bir sıra küçələrin axşam saatlarında işıqlandırılmaması, Sülh və Nəriman Nərimanov küçələrində piyada zolaqlarının bərbad vəziyyətdə olması, Xəzər bağları massivində bəzi yolların qazılaraq, uzun müddət təmir edilməməsi, 12-ci mikrorayon və 49-cu kvartalda küçə işıqlandırmasının işləməməsi də yerli sakinlərin bu görüşlərdə iştirakına bir əngəl sayılır. Çünki görüşdən sonra axşam saatlarında evə qayıtmaq, işıqsız və təmirsiz küçələrdən keçməyin özü də bir igidlik tələb edir. Ona görə bu sakinlərin də İcra başçısı ilə görüşdə iştirak etməmə səbəbini anlamaq olar.

Məsələ bununla da bitmir. Azərbaycanın ən gözəl şəhərlərindən biri sayılan Sumqayıtın problemləri yuxarıda sadalananlarla bitsə, dərd yarıdır. Məsələ burasındadır ki, Sumqayıt və ətrafı, ona bitişik yaşayış massivlərinin sakinlərinin dərdi, səri bitməz-tükənməzdir. Ümid edirik ki, nə vaxtsa tilsim qırılacaq və bu sakinlər də cənab Zakir Fərəcovla görüşdə problemlərini dilə gətirəcək və həllinə nail olacaq. Nə edək, necə deyərlər, ümid sonda ölür.

Sabir Hacıbəyov






Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
Dünən, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
Dünən, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
Dünən, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
Dünən, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Dünən, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Dünən, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
30 oktyabr 2026, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
30 oktyabr 2026, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Oxşar xəbərlər