Sumqayıtda "Özünüifadə bacarığı" mövzusunda görüş keçiriləcək. Sumqayıt24 bu haqda 12 iyul tarixində xəbər verir.
Gənclər Klubu və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən təşkil olunan təlimdə söz satıcısı, natiqlik və ünsiyyət bacarıqları üzrə tədrisçi, "ÜTÜ" və "SAS" layihələrinin rəhbəri Zaur Cahangirov çıxış edəcək. Hər kəs dəvətlidir.
Qeydiyyat linki: https://forms.gle/x9dbt2fjKemw8Vdb6;
Tarix: 15 iyul;
Vaxt: 15:00;
Məkan: Sumqayıt Heydər Əliyev Mərkəzi.