Sumqayıtda sakinlər marşrut avtobusunun hərəkət qrafikindən narazıdırlar.
Sumqayit24.az-a müraciət edən vətəndaşlar bildiriblər ki, 10 nömrəli marşrut avtobusunun intervalı həddindən artıq uzundur. Şikayətçilərin sözlərinə görə, avtobusun gəlməsini gözləyərkən digər marşrutlar bir neçə dəfə həmin ərazidən keçib gedir.
Sakinlər qeyd edirlər ki, avtobusun gecikməsi həm vaxt itkisinə, həm də sərnişin sıxlığına səbəb olur.