“ASAN xidmət” mərkəzində bayram günü ilə bağlı qeyri iş günü elan edilib. Bu haqda bu gün, 27 may tarixində mərkəzin Facebook hesabına istinadən xəbər veririk.
Məlumata əsasən, şəhərimizdə yerləşən mərkəz 28 May - Müstəqillik Günü ilə əlaqədar bağlı olacaq. 29 may tarixində isə mərkəz əvvəlki qaydada fəaliyyət göstərəcək.