Sumqayıt Şəhidlər xiyabanında güllərin əkininə başlanılıb. Bu haqda bu gün, 13 aprel tarixində DünyaTV məlumat yayıb.
Məlumata əsasən, əraziyə çox sayda işçı qüvvəsi cəlb edilib. Burada geran və digər güllər əkilib.
Sumqayıt şəhidlər xiyabanı 2021-ci ildə yenidən təmir olunub. Giriş hissəsində şəhidlər xiyabanı postamenti quraşdırılıb. Burada 511 şəhidimiz dəfn olunub ki, onlardan 106-sı 44 günlük Vətən müharibəsi şəhidləridir.