Sumqayıt şəhər İH-nin başçısı növbəti səyyar qəbul-görüşü keçirib. Sumqayıt24 bu haqda bu gün, 15 iyul tarixində DünyaTV-yə istinadən xəbər verir.
Zakir Fərəcov vətəndaşları 48-ci məhəllədə qəbul edib. Burada sakinlərin təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib.
Məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.