SOCAR-ın birinci vitse-prezidenti Sumqayıtda fəaliyyət göstərən zavoddan söz açıb. Bu haqda Fed.az-a istinadən xəbər veririk.
SOCAR prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf öz rəsmi twitter hesabında Karbamid zavodunun fəaliyyəti haqda məlumat verib. Onun sözlərinə görə, həmin zavod sayəsində ölkənin gübrə idxalından asılılığı əhəmiyyətli dərəcədə azalır. Bu isə öz növbəsində kənd təsərrüfatının inkişafına dəyərli töhfə verir
Təqdim etdiyimiz fotomaterialda istehsal proqnozu, ümumi istehsal və ümumi ixrac kimi bəzi statistik göstəricilər göstərilib:
Foto fed.az