Sumqayıt Sukanal İdarəsinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik ediblər. Bu haqda bu gün, 4 iyun tarixində idarənin Facebook hesabına istinadən xəbər veririk.
Sukanal İdarəsində “5 iyun-Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə toplantı keçirilib. İdarənin rəisi Xalid Quliyev işçiləri təbrik edərək müavini Nicat Abdullayevə Fəxri fərman, abonentlərlə iş şöbəsinin fakturalama qrupunun mühəndisi Natiq Vəliyevə isə təşəkkürnamə təqdim edib.