Sumqayıt şəhəri “Təfəkkür” liseyində türk könüllüləri seminar keçiriblər. Bu haqda Sağlam Düşüncə Gənclər Təşkilatı (SDGT) məlumat yayıb.
"Mother Nature" layihəsi çərçivəsində şagirdlərə təmiz və bərpaolunan enerji qaynaqları və orqanik tullantılardan enerji alınması üsulları haqda ətraflı məlumat verilib. Təlimçi qismində SDGT-ın qısamüddətli könüllüləri Tarık Aslan və Özge Şahin iştirak ediblər.
Seminar Avropa Həmrəylik Korpusu proqramı çərçivəsində keçirilib.