Sumqayıt təhsil şöbəsi Abşeron – Xızı Regional Təhsil İdarəsinə daxil olacaq. Bu haqda Prezident.az saytına istinadən xəbər veririk.
Belə ki, Təhsil Nazirliyinin sözügedən idarəsi Sumqayıt şəhər, Abşeron və Xızı rayonları təhsil şöbələrinin əsasında yaradılır. Bu barədə İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək, həmin sərəncama əsasən Azərbaycanda ümumilikdə 12 regional idarə yaradılır.