Təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Bu barədə 29 avqust tarixində edu.gov.az-a istinadən xəbər veririk.
Görüşdə direktorların fəaliyyəti, valideyn-məktəb münasibəti və digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Emin Əmrullayev məktəblərin qarşısında dayanan yeni çağırışlar, məktəb-icma münasibətləri, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, məktəb rəhbərlərinin üzərinə düşən öhdəliklər, təhsilverənlərin sertifikatlaşdırılması mövzularında fikirlərini bölüşüb. Görüşün sonunda direktorların çoxsaylı sualları cavablandırılıb.
Səfər çərçivəsində nazir 31 nömrəli tam orta məktəbdə keçirilən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanlarını da izləyib.