Sumqayıt şəhər H. Aslanov adına 22 nömrəli tam orta məktəbin müəllimi mükafatlandırılıb. Bu barədə Sumqayıt24 26 dekabr tarixində təhsil ocağına istinadən məlumat verir.
Elm və təhsil naziri Emin Əmrullayevin təşəbbüsü ilə ingilis dili müəllimi Gülüzar Məmmədova "Gənc nəslin təlim-tərbiyəsində göstərdiyi fədakarlığa görə" Fəxri Fərmanla təltif olunub. Mükafatı Abşeron-Xızı Regional Təhsil İdaəsinin rəhbəri İlhamə Abdullayeva təqdim edib.