Gənc xanıma fəxri ad verilib. Bu haqda 6 fevral tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Səbinə Həsənzadə Mingəçevir şəhərində keçirilən “Gənclər paytaxtı 2023” layihəsinin açılış mərasimində iştirak edib. O, “İlin Gənc Rəssamı” xüsusi mükafatına layiq görülüb.
Qeyd edək ki, tədbirə rəsmi şəxslər və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.