Sumqayıt Dövlət Dram Teatrının monotamaşası paytaxt Bakıda nümayiş olunacaq. Bu haqda 12 iyul tarixində Sumqayıt24 xəbər verir.
Ülviyyə Heydərovanın müəllifi olduğu, gənc istedadlı rejissor Ümid Abbasın quruluş verdiyi "Pələng" monotamaşası Azərbaycan Teatr Xadimləri İttifaqında gənc aktyor Kamran Muradlı tərəfindən səhnələşdiriləcək. Biletin qiyməti 5 manatdır.
Qeyd edək ki, görkəmli kinodramaturq Ramiz Fətəliyevə ithaf olunmuş “Pələng” ilk dəfə illər öncə məhz ittifaqın 4-cü mərtəbəsində onun dərs dediyi otaqda ifa olunub.