“Sumqayıt Texnologiyalar Parkı” MMC-də (STP) daha bir şirkət yaradılıb. Bu haqda bu gün, 1 fevral tarixində FED.az məlumat yayıb.
Yaradılan şirkət “STP Polymer” MMC-dir. “STP Polymer” Polimer Məmulatlar Zavodunun əsasında yaradılıb. Şirkət 100 min manat nizamnamə kapitalı ilə təsis edilib.
Şirkət sənaye və məişət üçün müxtəlif polimer məhsullar istehsal edəcək.