Sumqayıt Texnologiyalar Parkı aşmış avtobus ilə bağlı məlumat yayıb. Sumqayıt24 bu haqda 12 may tarixində Xeberle.com-a istinadən xəbər verir.
Məlumatda deyilir ki, media qurumlarında qəzaya uğramış avtobusun STP-yə aid olduğu bildiriləsə də, bu əsassız xəbərdir. Bildirilib ki, dünən saat 09:00 radələrində STP-nin qarşısında sərnişin avtobusu qəzaya uğradığı üçün SƏTƏM bölməsinin Tibb məntəqəsinin əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıb. Hadisə nəticəsində xəsarət alan 9 nəfərə ilkin tibbi yardım göstərilib: "Hadisə ilə əlaqədar STP olaraq bildiririk ki, qəza edən avtobusun STP Şirkətlər Qrupuna aidiyyəti yoxdur və xəsarət alanlar içərisində STP əməkdaşı olmayıb”.