Sumqayıt Texnologiyalar Parkı (STP) 15 tələbə üçün ekskursiya təşkil edib. Sumqayıt24 bu haqda STP-nin sosial şəbəkə hesabına istinadən xəbər verir.
Həmin tələbələr Milli Aviasiya Akademiyasının “Proseslərin avtomatlaşdırılması” ixtisası üzrə təhsil alır. Nəticədə, ekskursiya onların nəzəri biliklərini təcrübi cəhətdən möhkəmləndirməyə, sənaye və istehsalat sahəsi üzrə dünyagörüşlərini artırmağa köməklik göstərib.