Sumqayıtda qanvermə aksiyası keçirilib. Bu haqda Sumqayıt Tibb Mərkəzinin Facebook səhifəsinə istinadən xəbər veririk.
Aksiyanı Mərkəzi Qan Bankı və Sumqayıt Tibb Mərkəzi təşkil edib. Burada tibb işçiləri iştirak edib. Tədarük olunan qan və ondan hazırlanan preparatlar talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, həmçinin qana ehtiyacı olan digər insanların müalicəsində istifadə olunacaq.