Ötən il ərzində Sumqayıt Tibb Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb. Bu haqda Mərkəz öz Facebook hesabında məlumat yayıb.
Məlumata əsasən, qeyd olunan vaxt ərzində ambulator tibb müəssisəsinə 1.332.218 müraciət daxil olub.
Sumqayıt şəhərində 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta tətbiq olunur.