"Sumqayıt Tibb Mərkəzi"nə həkim-mütəxəssislərin işə qəbulu elan olunub. Sumqayıt24 bu haqda bu gün, 23 fevral tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytına istinadən xəbər verir.
Mərkəzə ümumi cərrah, anestezioloq-reanimatoloq, kardioloq, infeksionist, neyrocərrah, mama-ginekoloq və şüa diaqnostikası üzrə həkim vəzifəsi üzrə vakansiyalar açıqlanıb. İşə qəbul olmaq istəyən şəxslər anket formasını dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Maraqlanan şəxslər 7 mart tarixinədək müraciət edə bilər. Elektron poçtun “mövzu” bölməsində müraciət edilən vəzifənin və "Sumqayıt Tibb Mərkəzi"nin adı qeyd edilməlidir.