Sumqayıt Tibb Mərkəzi (STM) xeyriyyə aksiyası keçirir. Bu barədə 11 avqust tarixində Sumqayıt24 xəbər verir.
İki gün davam edəcək aksiya zamanı "Stansiya Sumqayıt" yaşayış massivində yaşayan 30-a yaxın ailənin övladı “Circumcisio” (sünnət) əməliyyatı olunacaq.
Qeyd edək ki, Uşaq xəstəxanasında cərrahlar tərəfindən uşaqlara ambulator baxış keçirildikdən sonra göstəriş üzrə əməliyyat edilir.