Sumqayıt Tibb Mərkəzinin (STM) rəhbərliyi hibrid simpoziumda iştirak edib. Bu barədə 17 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Mövzu “Təcili yardım sistemlərinin (TYS) təkmilləşdirilməsi” olub. Azərbaycan Tibb Universitetində keçirilən tədbirə 250-yə yaxın iştirakçı qatılıb. Açılış mərasimində universitetin rektoru Dr. Gəray Gəraybəyli, Səhiyyə nazirinin müavini Dr. Nadir Zeynalov, USAID-in Azərbaycandakı Missiya direktoru Maykl Nirbas, TƏBİB-in Tibbi Fəaliyyətin təşkili departamentinin rəhbəri Dr. Teymur Mirzəbəyli və ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı çıxış ediblər.
Simpoziuma STM-in direktoru Səkinə Sadıxova, onun müavini, İlkin səhiyyə xidmətinin rəhbəri İlkin Namazov və Keyfiyyətə Nəzarət Komitəsinin rəhbəri Dünya Hüseynova da qatılıblar.