Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir baş tutub. Sumqayıt24 bu barədə 12 dekabr tarixində xəbər verir.
Sumqayıt Tibb Mərkəzi tərəfindən keçirilən tədbirdə valideynlər iştirak ediblər. Burada 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) həkim-pediatrı Sevinc Məmmədova “Erkən yaşlı uşaqlarda peyvəndlərin zamanında edilməsi onları infeksion xəstəliklərin qorxulu fəsadlarından qoruyur”, həkim-terapevti Gülşən Əsgərova isə “Məktəblilərdə qamət problemlərinin profilaktikası” mövzularında geniş təqdimatla çıxış ediblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.