Sumqayıt Tibb Mərkəzi ən çox tibbi xidmət göstərmiş səhiyyə müəssisələrinin arasında ilk onluğa başçılıq edir. Bu haqda Sumqayıt24 25 iyul tarixində İts.gov.az saytına istinadən xəbər verir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi iyun ayı ərzində 63 şəhər və rayonun əhalisinə göstərilən xidmətlərlə bağlı statistikasını açıqlayıb. Statistikaya əsasən, Sumqayıt Tibb Mərkəzi xidmət sayına görə 1-ci yerdə qərarlaşıb.