Qeydiyyatçılar üçün "Kəsinti meyarları üzərində müəssisələrin təhlili və səhvlərin aradan qaldırılması" mövzusunda təlim keçirilib. Bu haqda bu gün, 21 iyul tarixində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə istinadən xəbər veririk.
Sumqayıt Tibb Mərkəzində keçirilən tədbirdə 100-dən çox qeydiyyatçı iştirak edib. Təlimdə icbari tibbi sığorta fəaliyyəti çərçivəsində kəsinti faizinin azaldılması və müəssisələr arasında göndərişlərin rəsmiləşdirilməsinin optimallaşdırılması müzakirə edilib.
Tədbirdə TƏBİB-in Sığorta fəaliyyətinin təşkilinə nəzarət şöbəsinin müdiri Qasım Əmrahlı, Koordinasiya şöbəsinin koordinatoru Rəna Hüseynova, struktur bölmələrinin əməkdaşları Albina Hüseynova və Səbinə Ramazanova iştirak ediblər.