Sumqayıt Tibb Mərkəzində (STM) iki yeni təyinat olub. Bu haqda 17 fevral tarixində Sumqayıt24 mərkəzə istinadən xəbər verir.
TƏBİB-nin İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, İlkin Namazov STM-in direktor müavini, Maisə İsmayılova isə STM-in direktor müavini-ilkin səhiyyə xidmətinin rəhbəri təyin olunub.