Sumqayıt Tibb Mərkəzinin əməkdaşları qanvermə aksiyasında iştirak edib. Bu haqda bu gün, 14 iyun tarixində mərkəzin Facebook hesabına istinadən xəbər veririk.
Kampaniyanın ilk günündə mərkəzin Mühafizə bölməsinin 30-a yaxın əməkdaşı qan verib. Aksiya 14 iyun - Ümumdünya Qan Donorluğu Günü münasibətilə təşkil edilib.
Qanvermə aksiyası 3 gün davam edəcək. Bu zaman tədarük olunan qan və ondan hazırlanan preparatlardan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən pasiyentlərin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.