"Medinex 2022" Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisi baş tutub. Bu barədə 5 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıt Tibb Mərkəzinin (STM) kollektivi direktor Səkinə Sadıxovanın rəhbərliyi ilə burada iştirak edib. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış etdiyi “Pediatriyada müasir diaqnostika və müalicə metodları” adlı panel müzakirəsində STM-in Katamnestik İzləm Xidmətini təqdim edib.
Şəhərimizin Perinatal Mərkəzinin İntensiv reanimasiya şöbəsinin müdiri Yeganə Ağayeva innovativ yenilikdən danışıb, xidmətin əhəmiyyətini diqqətə çatdırıb.