Sumqayıtda “Farmakonəzarətin əsasları” mövzusunda ilk görüş keçirilib. Sumqayıt24 bu barədə 19 avqust tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər verir.
Sumqayıt Tibb Mərkəzini görüşdə Farmakonəzarət üzrə məsul şəxs Şəhla Şəmiyeva təmsil edib. İclasın məqsədi TƏBİB-in tabeliyində olan tibb müəssisələrində farmakonəzarət sistemi, onun əhəmiyyəti, məqsədləri və müəssisələrdə bu sistemin qurulmasına dəstək göstərmək olub.
TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev tərəfindən iştirakçılara təlim keçirilib, şöbənin koordinatoru Sevda İbrahimova isə mövzu ilə bağlı çıxış edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.