Sumqayıt Tibb Mərkəzinin rəhbər heyəti Ankara Universitetində təlimdə iştirak edib. Bu haqda bu gün, 8 iyun tarixində mərkəzə istinadən xəbər veririk.
30 may - 10 iyun tarixlərində “Xəstəxanaların idarə edilməsi” mövzusunda təşkil edilən təlimdə Sumqayıtla yanaşı respublikanın digər mərkəzlərinin direktorları da qatılıb.
“Azərbaycanda icbarı tibbi sığortanın tətbiqi ilə tibb müəssisələrində idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yarandı. Tibb müəssisələrinin effektiv idarə edilməsi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə təkan verən faktordur. Bu səbəbdən hesab edirəm ki, xəstəxanaların idarə edilməsinə həsr olunan 11 günlük təlim bu işə böyük töhfə verəcəkdir”, - agentliyin idarə heyətinin sədr müavini Nigar Bayramova bildirib.