Sumqayıtda fəaliyyət göstərən səhiyyə ocağı nazirliyin tabeliyinə verilir. Sumqayıt24 bu haqda President.az-a istinadən xəbər verir.
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 1 yanvar 2023-cü ildən Mərkəzi Qan Bankının Sumqayıt bölməsi Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.
Bildirilib ki, qeyd olunan tibb ocağı icbari sığorta çərçivəsində əhaliyə xidmətlər göstərilməsini davam etdirməlidir.