Uşaq xəstəxanasında seminar keçirilib. Sumqayıt24 bu haqda 13 mart tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Kliniki Laborator Diaqnostika Sertifikatlı Təlim Proqramı çərçivəsində baş tutan görüşə xəstəxananın və ailə sağlamlıq mərkəzlərinin pediatrları qatılıblar. Pediatriya uzmanı Ülvi Əliyev "Uşaqlarda limfoadenopatiyalar və laborator diaqnozu" mövzusunda təqdimatla çıxış edib. O, mövcud protokolları, laborator analizlərdəki yenilikləri diqqətə çatdırıb.
Seminara müzakirələrlə yekun vurulub.