Sumqayıt Tibb Mərkəzi tərəfindən verilən göndərişlər əsasında əməliyyat olunanların sayı barədə göstəricilər açıqlanıb. Sumqayıt24 bu haqda bu gün, 28 aprel tarixində xəbər verir.
Məlumata görə, 1 aprel 2021 – 1 aprel 2022-ci il tarixləri aralığında sözügedən mərkəzdən verilən göndərişlər əsasında, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində 122 nəfər böyrək əməliyyatı olunub.