Sumqayıt Tibb Mərkəzi tərəfindən verilən göndərişlər əsasında dizindən əməliyyat olunanların sayı açıqlanıb. Sumqayıt24 bu haqda bu gün, 29 aprel tarixində xəbər verir.
Məlumata görə, 1 aprel 2021 – 1 aprel 2022-ci il tarixləri aralığında sözügedən mərkəzdən verilən göndərişlər əsasında, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində 17 nəfər diz əməliyyatı olunub.