Fəaliyyətini dayandıran “Sumqayıt Tikinti Xidmət” ASC özəlləşdirilib. Bu haqda bu gün, 1 fevral tarixində Report məlumat yayıb.
İnvestisiya müsabiqəsində "Evsan" MMC qalib gəlib. İnvestor dövlət büdcəsinə 1 milyon manat pul köçürməyi, müəssisənin büdcəyə olan borclarını ödəməyi, 1.51 milyon manatlıq İnvestisiya Proqramını icra etməyi üzərinə götürüb. Proqramın bir il ərzində icrası, 30-dan az olmamaqla, yeni iş yerlərinin yaradılması gözlənilir.
Proqram çərçivəsində dəmir-beton zavodunun qurulması, tikintidə istifadə olunan dəmir-beton dirək, müxtəlif təyinatlı tirlər, su novları, döşəmə panelləri, fasad və hasar divarları kimi məmulatların istehsalının təşkili planlaşdırılır.