Sumqayıt şəhərində yerləşən daha bir səhmdar cəmiyyətinin səhm paketi özəlləşdirilib. Sumqayıt24 bu haqda İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda “Sumqayıt Toxucu” ASC-nin 30,1%-lik səhm paketi 49.663 manata satılıb.
Qeyd edək ki, növbəti hərrac 10 may tarixində keçiriləcək.