Sumqayıt Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları “Şuşaya nəfəs ol” kampaniyası ilə bağlı tədbirə qatılıb. Sumqayıt24 bu haqda "Mingəçevir" qəzetinə istinadən xəbər verir.
Təbdir Mingəçevirdə baş tutub. Burada, Təhsil Nazirliyi və yerli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Şuşaya nəfəs ol” ağacəkmə aksiyası keçirilib. Ağaclar şəhərin müxtəlif hissələrində, həmçinin 13 nömrəli məktəbin ərazisində əkilib.