Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin (UGİM) müəllim heyəti və fəal dərnək üzvləri "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak ediblər. Sumqayıt24 bu haqda bu gün, 6 may tarixində UGİM Sumqayıta istinadən xəbər verir.
Məlumata əsasən, tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub. Tərtər rayonunda təşkil edilən mərasimə qatılan UGİM-ın üzvləri rəngarəng nömrələr (rəqs, mahnı, şeir) ilə çıxış ediblər.