Sumqayıtda ümumi məhsul buraxılışının həcmi 2020-ci illə müqayisədə 467632,1 min manat artıb. Bu haqda şəhər İcra Hakimiyyətinin Facebook səhifəsinə istinadən xəbər veririk.
Beləliklə, iri və kiçik sənaye təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 20,6% artaraq 2737690,8 min manat təşkil edib. Emal sənayesində isə istehsalın həcmi 17,3% çoxalıb.
Sənaye məhsulunun 0,1% mədənçıxarma, 88,5% emal, 10,5% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.