G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıt Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku-Şəki 2022” adlı müsabiqədən qalib ayrılıblar. Sumqayıt24 bu haqda bu gün, 30 mart tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Şəki şəhərində təşkil olunmuş müsabiqədə 1-ci yerə layiq görülən şagirdlərin adları aşağıdakılardır:
- 2-ci sinif şagirdləri Atilla Quliyev və Səid Vəlizadə;
- 3-cü sinif şagirdi Ayla Pənahova;
- 4-cü sinif şagirdi Aysu Məmmədzadə;
- 5-ci sinif şagirdi İnci Vəlizadə.
Həmçinin, 1-ci sinif şagirdiləri Mədinə Qajıyeva və Fidan Həsənli duet nominasiyasının, 1-ci sinif şagirdləri Ceyran Talıblı, Fidan Həsənli, 5-ci sinif şagirdi Valeriya Oxlovaya və 6-cı sinif şagirdi Aytac Vəlizadə solo nominasiyasının qalibi olublar.
Onları müsabiqəyə müəllimləri Esmira Əliyeva və Sevda Məcidova hazırlayıblar.