Uşaq Xəstəxanasında maarifləndirici elmi seminar keçirilib. Sumqayıt24 bu haqda 19 dekabr tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər verir.
Xəstəxananın pediatrı Dr. Xatirə Nəcəfova "Uşaqlarda qıcolma tutmaları, Differensial diaqnostika və təxirəsalınmaz yardım" mövzusunda çıxış edib. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, seminarda Uşaq Xəstəxanasının baş həkimi Məzahir Müzəffərov da iştirak edib.