Sumqayıt şəhər Üzeyir Hacıbəyov küçəsində işıq dirəyi, işıqfor və yol nişanı yolun hərəkət hissəsində qalıb. Bu haqda Sumqayıt24-ə bu gün, 25 dekabr tarixində məlumat daxil olub.
Problem yolun köhnə “Şərq bazarı” ilə üzbəüz olan hissəsində yaranıb. Sürücülərin sözlərinə görə, bu hal onların avtomobillə hərəkətini çətinləşdirir.
Burada daha öncə asfaltlama işləri aparılan zaman maneələrin ətrafı da asfalt ilə örtülmüşdür.
Həmçinin, adıçəkilən yolda piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilər də yoxdur.
Foto Sumqayıt24