Sumqayıt və Saray qəsəbəsində binaların parkinqini su basıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, dünəndən etibarən yağan güclü yağış "Saray" MTK və Sumqayıt bulvarında yerləşən “Kristal Abşeron”a məxsus çoxmərtəbəli yaşayış binasının yeraltı parkinqini gölə çevirib.
Videoda göründüyü kimi, avtomobillər yarıyadək suyun altında qalıblar.